Sabah Azərbaycanın bəzi yerlərində 15 dərəcəyədək şaxta qeydə alınacaq

Sabah Azərbaycanın bəzi yerlərində 15 dərəcəyədək şaxta qeydə alınacaq
# 05 dekabr 2013 09:20 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 1-4, gündüz 6-10 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 6-da hava şəraitinin əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 7-12, bəzi yerlərdə 15 dərəcəyədək şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR