Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisinin Azərbaycana rəsmi səfəri başlayıb - FOTOSESSİYA - VİDEO

Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisinin Azərbaycana rəsmi səfəri başlayıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 01 aprel 2014 13:36 (UTC +04:00)

APA-nın xəbərinə görə, Necdət Özəlin başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.

Daha sonra qonaqlar Türk Şəhidliyinə gəlib. Necdət Özəl oradakı xatirə kitabına ürək sözlərini yazıb.

Baş Qərargah rəisi kitaba bu fikirləri qeyd edib: “Böyük türk millətinin qəhrəman övladları, sizlər Birinci dünya müharibəsindəki yaralarınızı sarımamış Azərbaycana gəldiniz. Gəncədən Bakıya döyüş yolu keçərək Azərbaycan Cümhuriyyətinin qurulmasında rol oynadınız. Siz bu qəhrəmanlığınızı tarixə yazdınız. İki ölkə bayraqlarının kölgəsində rahat uyuyun. Xatirəniz əbədi yaşayacaq”.

Daha sonra ordu generalı Necdət Özəl Müdafiə Nazirliyinə yola düşüb. Nazirlikdə onun şərəfinə fəxri qarovul düzülüb. Qonağı Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov qarşılayıb. Qarşılanma mərasimində iki ölkənin dövlət himnləri səsləndirilib.

Sonra Müdafiə Nazirliyində görüş keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR