Elman Rüstəmov: «Azərbaycanda kənd təsərrüfatının maliyyələşdirilməsi sisteminin müəyyənləşdirilməsi məsələsi açıq qalıb»

Elman Rüstəmov: «Azərbaycanda kənd təsərrüfatının maliyyələşdirilməsi sisteminin müəyyənləşdirilməsi məsələsi açıq qalıb»
# 23 may 2013 08:42 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda kənd təsərrüfatı sahəsinin və fermerlərin maliyyələşdirilməsi sisteminin yaradılmasına böyük ehtiyac var. «APA-Economics»in xəbər verdiyi kimi, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib.

E.Rüstəmovun sözlərinə görə, kənd təsərrüfatı sahəsi Azərbaycan iqtisadiyyatının ən mühüm sahələrindən biridir. Bu sahənin inkişafı üçün ölkədə böyük potensial var: «Müstəqillikdən əvvəlki dövrdə, xüsusilə 1970-ci illərdə Azərbaycan əhəmiyyətli həcmlərdə kənd təsərrüfatı məhsulları ixrac edirdi. Hazırda bu potensialı yenidən yaratmaq üçün kənd təsərrüfatının maliyyələşməsi, fermer maliyyələşməsi sisteminin yaradılmasına böyük ehtiyac var».

AMB başçısının bunun ixtisaslaşmış vahid bank formasında və ya mövcud bank agentlərindən istifadə etməklə hökumətlə bankların iqtisadi münasibətləri əsasında bir sistemin yaradılması şəklində həyata keçirilə bilər. «Bu məsələ hələ açıqdır. Bunun üzərində iş aparılır», - deyə E.Rüstəmov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR