Bidzina İvanişvili prezident seçkilərində səs verəcək

Bidzina İvanişvili prezident seçkilərində səs verəcək
# 24 oktyabr 2013 01:44 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstanın baş naziri Bidzina İvanişvili oktyabrın 27-də Gürcüstanda keçiriləcək prezident seçkilərində səs verəcək. APA-nın Gürcüstan bürosunun yerli mətbuata istinadən verdiyi məlumata görə, bu xəbəri baş nazirin mətbuat xidməti təsdiqləyib. İvanişvili prezident seçkilərində səs vermək hüququndan istifadə edə bilər.

Xatırladaq ki, İvanişvili keçən il baş tutan parlament seçkilərində Konstitusiya dəyişikliklərindən sonra ona verilən səs hüququndan imtina edib. Prezident seçkilərində baş nazirin həyat yoldaşı Yekaterina Xvedelidze də səs vermək hüququndan istifadə etmək qərarına gəlib. Keçən parlament seçkilərində Yekaterina Xvedelidze səs hüququndan istifadə edərək bir Gürcüstan vətəndaşı olaraq öz mövqeyini bildirib.

Qeyd edək ki, Bidzina İvanişvili Fransa vətəndaşıdır və o, 2012-ci il may ayında Gürcüstan parlamenti tərəfindən qəbul olunan dəyişikliklərə görə Gürcüstanda keçirilən seçkilərdə səs vermək hüququna malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR