«Akkord» futzal komandası ilə veteran futbolçular arasında matç keçirilib - FOTOSESSİYA

«Akkord» futzal komandası ilə veteran futbolçular arasında matç keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 22 iyun 2013 11:39 (UTC +04:00)
Bakı - APA. «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» ASC-nin «Akkord» futzal komandası ilə veteran futbolçular arasında görüş keçirilib. Bu barədə APA-ya «Akkord»un mətbuat xidmətindən məlumat verilib.
«ABU Arena» idman kompleksində keçirilən yarışda Azərbaycan Futzal Federasiyasının nümayəndələri də iştirak ediblər. Mahmud Qurbanov, Vəli Qasımov, Arif Əsədov, Oqtay Abdullayev kimi məşhur futbolçulardan ibarət veteranlar komandası ilə keçirilən görüş 4:4 hesabı ilə yekunlaşıb.
Tədbirin sonunda iştirakçılar mükafatlandırılıb. Veteran idmançılardan ibarət komandanın bütün üzvləri «Akkord»un qiymətli hədiyyələri və pul mükafatları ilə təltif edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR