Vergilər Nazirliyinin “Vergi dostları”nın sayı 1071 nəfərə çatıb

Vergilər Nazirliyinin “Vergi dostları”nın sayı 1071 nəfərə çatıb
# 19 sentyabr 2013 15:52 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Füzuli rayonunun Horadiz qəsəbəsində və Bərdə şəhərində vergi sahəsində məlumatlandırma, maarifləndirmə və təbliğat işlərini gücləndirmək, vətəndaşlarda yüksək vergi mədəniyyətini formalaşdırmaq və bu işə ictimaiyyətin geniş təbəqələrini cəlb etmək məqsədilə Təhsil Nazirliyinin dəstəyi ilə seçilmiş ümumtəhsil məktəblərinin müəllimlərinə “Vergi dostu” sertifikatı və kompüterlərin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, Horadizdə təlimi müvəffəqiyyətlə başa vurmuş 40 nəfər, Bərdədə isə 111 nəfər “Vergi dostu”na üzvlük sertifikatı, “Vergi dostu”nun yaddaş kitabçası və kompwterlər təqdim olunub, onlar əməkdaşlıq barədə öhdəlik vərəqələrini imzalayıblar.

Bu gün isə Şəmkir şəhərində 164 nəfər “Vergi dostu”na sertifikatların təqdim edilməsi ilə bağlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan vergilər nazirinin müşaviri Ələkbər Məmmədov nazirlik tərəfindən ərazi vergilər idarələrinin və Vergi ödəyicilərinə xidmət mərkəzlərinin yerləşdiyi şəhər və rayon mərkəzləri istisna olmaqla, kənar kənd və qəsəbələrdə “Vergi dostları” şəbəkəsinin yaradılması barədə məlumat verib.

Qeyd olunub ki, indiyədək respublika üzrə 907 nəfər müəllimə müvafiq təlim keçilib və “Vergi dostu” sertifikatı təqdim olunub. “Vergi dostu” olan şəxs yaşadığı ərazidə əhali arasında vergilərə dair məlumatlandırma, maarifləndirmə və təbliğat işlərini həyata keçirir, vergi sistemində tətbiq olunan elektron xidmətlər barədə vergi ödəyicilərini məlumatlandırır, uşaq və gənclərə vergilərin əhəmiyyətini izah edir.

Tədbirlərdə müvafiq rayonların icra hakimiyyətinin nümayəndələri, Vergilər Nazirliyinin vəzifəli şəxsləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, hazırda “Vergi dostları”nın sayı respublika üzrə 1071 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR