Vidadi Mirkamal: “İsa Qəmbər İctimai Palatanı hansı qüvvə ilə saxlayacaq?”

Vidadi Mirkamal: “İsa Qəmbər İctimai Palatanı hansı qüvvə ilə saxlayacaq?”
# 10 yanvar 2014 10:10 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “AXCP İctimai Palatadan çıxdığını bəyan edib. İsa Qəmbər qurumu hansı qüvvə ilə saxlayacaq?”

Bunu APA-ya açıqlamasında İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) üzvü Vidadi Mirkamal deyib.

V.Mirkamalın sözlərinə görə, artıq İctimai Palatada əsas qüvvələr təmsil olunmur: “Qurumda AXCP, Müsavat Partiyası və ziyalılar təmsil olunurdu. AXCP və bəzi ziyalılar artıq qurumda deyil. 6-7 aydır ki, İctimai Palatanın heç bir fəaliyyəti yoxdur”.

V.Mirkamal qeyd edib ki, qurumun fəaliyyətinə xitam verilməsi üçün Koordinasiya Şurasının iclası keçirilməli, qərar qəbul edilməli və sessiyaya təqdim olunmalıdır: “Ancaq İctimai Palatadakı təşkilatların iştirakı olmadan sessiyanı çağırmaq mümkün deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR