Orta ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı dəyişib

Orta ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı dəyişib
# 28 oktyabr 2013 08:01 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti 2010-cu il 23 aprel tarixli qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı”nda dəyişikliklər edib.

APA-nın verdiyi məlumata görə, dəyişikliyə əsasən ixtisasın təhsil müddətindən asılı olaraq, orta ixtisas təhsili pilləsində tam orta təhsil bazasından təhsilalanlar üçün 120-180, ümumi orta təhsil bazasından təhsilalanlar üçün isə 180-240 kredit müəyyənləşdiriləcək.

Müəyyən olunmuş kreditlərin tələbələr tərəfindən qazanılması məcburidir. Təhsilalanların auditoriya dərsləri həftədə 30 saatı aşmamalıdır. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir və bir kredit 30 saata bərabərdir. Tədris ili iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə, yay tətili müddətində 6 (altı) həftəlik yay semestri də təşkil oluna bilər. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR