Moskvada Azərbaycan Milli Məclisinin sədri ilə Rusiya Dövlət Dumasının sədri arasında görüş keçirilib - FOTO

Moskvada Azərbaycan Milli Məclisinin sədri ilə Rusiya Dövlət Dumasının sədri arasında görüş keçirilib - <span style="color: red;">FOTO
# 05 iyun 2014 11:45 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Dövlət Dumasında keçirilən görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Milli Məclisin komitə sədrləri Arif Rəhimzadə, Əli Hüseynli, deputatlardan Ülvi Quliyev, Mixail Zabelin, Muxtar Babayev, parlament aparatının rəhbəri Səfa Mirzəyev və rusiyalı deputatlar iştirak ediblər.

Görüş zamanı parlamentlər səviyyəsində iki ölkə arasındakı münasibətlərin inkişaf perspektivləri, qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi, deputatların qarşılıqlı səfərləri, ölkələrimiz arasında həyatın müxtəlif sahələrində ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin Azərbaycanın Rusiyanın strateji tərəfdaşı olduğunu söyləyib: "İki ölkə arasındakı münasibətlər yüksək sürətlə inkişaf edir. Biz də ölkələrimizin parlamentarları olaraq dövlətlərarası münasibətlərə mühüm töhfə verə bilərlk".

S.Narışkin Dövlət Dumasının Azərbaycan parlamenti ilə münasibətlərinin yüksək səviyyədə olduğunu bildirib: "Münasibətlərin səviyyəsini il ərzində hər iki ölkənin parlamentarlarının qarşılıqlı səfərləri açıq-aydın göstərir. Biz Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun fəaliyyətini yüksək qiymətləndiririk. Parlamentlərarası qarşılıqlı fəaliyyət ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün yaxşı atmosfer yaradır. Parlamentlərarası qarşılıqlı fəaliyyət ölkələrimiz arasında mövcud olan siyasi dialoqun əsasını təşkil edir. Ümid edirik ki, Azərbaycan Milli Məclisi ilə Rusiya Dövlət Duması arasında münasibətlər bundan sonra da inkişaf edəcək. Bu gün sizinlə görüşümüzdə də parlamentlərimizin qarşılıqlı fəaliyyətini, qarşımızda duran vəzifə və tapşırıqları müzakirə edəcəyik. Bir daha qeyd etmək istəyirəm ki, Rusiya Azərbaycanla strateji münasibətlərin genişlənməsində, dərinləşməsində və inkişafında maraqlıdır".

Milli Məclisin sədri Oqtay Əsədov isə Sergey Narışkinə dəvətə görə təşəkkürünü bildirib. Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu söyləyən Oqtay Əsədov hər iki ölkənin parlamentlərinin qarşılıqlı fəaliyyətinin bu münasibətlərə müsbət təsir etdiyini bildirib: "Azərbaycanda Rusiya ilə münasibətlərə böyük əhəmiyyət verilir. Bu ayın sonunda Bakıda ATƏT Parlament Assambleyasının yaz sessiyası keçiriləcək. Sizi də Bakıda böyük məmnuniyyətlə qəbul edəcəyik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR