Dövlət Baytarlıq Xidməti: Azərbaycanda bunyavirusa yoluxmuş 30-40 baş xəstə heyvan qalıb

Dövlət Baytarlıq Xidməti: Azərbaycanda bunyavirusa yoluxmuş 30-40 baş xəstə heyvan qalıb
# 14 oktyabr 2013 13:00 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Respublika üzrə bunyavirus ailəsinə məxsus şamonda, akabena, aina viruslarının qarışığından yaranan şmallenberq virus xəstəliyinə yoluxmuş 30-40 baş xəstə heyvan qalıb. Bunu APA-ya açıqlamasında Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəli deyib: “Havalar soyuduqdan sonra xəstəliyə yoluxma halı tam dayanacaq. Əvvəl bu xəstəlik 42 rayonda müşahidə olunurdu. İndi 2-3 rayonda problem var”.

Y. Xanvəli əlavə edib ki, Nazirlər Kabineti tərəfindən ayrılan vəsait hesabına ölkəyə gətiriləcək dərmanlar təkcə bunyavirus xəstəliyinə yoluxan heyvanlar üçün paylanmamalı, baytarlıq idarələrinə ilk yardım məqsədi ilə ayrılmalıdır: “Bu preparatlar tam müalicə üçün ayrılmayıb. Həmin vəsait hesabına maşınlar, avadanlıqlar və baytarlıq xidməti üçün zəruri dərman preparatları gətirilməlidir. Hələ o istiqamətdə də tədbirlər görülür. Sifarişlər verilib, yəqin yaxın vaxtlarda bu dərmanlar gətiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR