Moskvada MDB ölkələrinin birgə antiterror təlimləri keçiriləcək

Moskvada MDB ölkələrinin birgə antiterror təlimləri keçiriləcək
# 04 fevral 2014 10:56 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Fevralın 11-12-də Moskvada MDB ölkələrinin birgə antiterror təlimləri keçiriləcək.

APA-nın MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Moskvaya Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Belarus, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukraynanın xüsusi xidmət orqanlarının rəhbərləri dəvət olunub.

Planlaşdırılan görüş zamanı tərəflər kütləvi idman yarışları zamanı ekstremizmə qarşı mübarizə, beynəlxalq axtarışın inkişafı, habelə yüksək texnologiyalar sahəsində terrorçuluqla mübarizə məsələlərini müzakirə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR