Ermənilər bu ilin 9 ayında atəşkəsi 1444 dəfə pozublar

Ermənilər bu ilin 9 ayında atəşkəsi 1444 dəfə pozublar
# 02 oktyabr 2013 12:58 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Cari ilin sentyabr ayında cəbhə xəttində atəşkəs rejimi 181 dəfə pozulub.

APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, ötən ay atəşkəsin pozulması nəticəsində Azərbaycan Ordusu itki verməyib.

Sentyabr ayında Ermənistan Silahlı Qüvvələrinin cəbhə xəttinin bütün istiqamətlərində aktivləşməsi müşahidə olunub. Həm Qarabağ cəbhəsində, həm də Ermənistanla dövlət sərhədinin bütün istiqamətlərində atəşkəs pozuntuları baş verib.

Ötən ay atəşkəsin ən çox pozulduğu istiqamət cəbhənin Füzuli sahəsi olub. Qeyd olunan istiqamətdə 57 atəşkəs pozuntusu faktı qeydə alınıb.

Sentyabr ayında Ağdam rayonu istiqamətində 35, Goranboy rayonu istiqamətində 22, Xocavənd rayonu istiqamətində 17, Tərtər rayonu istiqamətində 16, Göygöl rayonu istiqamətində 4, Cəbrayıl rayonu istiqamətində 2 atəşkəs pozuntusu baş verib.

Ermənistan-Azərbaycan dövlət sərhədində - Qazax rayonu istiqamətində 11, Tovuz rayonu istiqamətində 8, Gədəbəy rayonu istiqamətində 7, Daşkəsən rayonu istiqamətində 2 atəşkəs pozuntusu qeydə alınıb.

Qeyd edək ki, cari ilin 9 ayında (yanvar-sentyabr) ermənilər cəbhədə atəşkəsi 1444 dəfə pozublar (yanvarda 127, fevralda 154, martda 136, apreldə 161, mayda 158, iyunda 186, iyulda 180, avqustda 161, sentyabrda 181).

Dəqiqləşdirilmiş məlumatlara görə, atəşkəs pozuntuları ilə müşayiət olunan döyüşlərdə Azərbaycan Ordusunun 9 hərbçisi şəhid olub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR