Alman-gürcü Musiqi Assosiasiyası Tiflisdəki M.F. Axundzadə adına Mədəniyyət Muzeyinə musiqi alətləri hədiyyə edib - FOTO

Alman-gürcü Musiqi Assosiasiyası Tiflisdəki M.F. Axundzadə adına Mədəniyyət Muzeyinə musiqi alətləri hədiyyə edib - <span style="color: red;">FOTO
# 25 sentyabr 2013 21:11 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Sentyabrın 25-də Alman-gürcü Musiqi Assosiasiyasının direktoru Nino Kambeqaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstan paytaxtındakı Mirzə Fətəli Axundzadə adına Mədəniyyət Muzeyində olub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Almaniyadan gələn qonaqları muzeyin direktoru Leyla Əliyeva qarşılayıb.

Alman-gürcü Musiqi Assosiasiyasının direktoru Nino Kambeqaşvili mədəniyyət muzeyində fəaliyyət göstərən musiqi studiyasına musiqi alətləri və notlar hədiyyə edib. Tədbirə Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi nazirinin birinci müavini Marina Mizandari də qatılıb.

Tədbirdə çıxış edən M. F. Axundzadə adına Mədəniyyət Muzeyinin direktoru L. Əliyeva hədiyyələrə görə qonaqlara təşəkkür edib. L. Əliyeva qeyd edib ki, muzeyin nəzdində fəaliyyət göstərən musiqi studiyasının şagirdləri Gürcüstanda keçirilən festival və müsabiqələrdə bir neçə dəfə qalib gəlib, mükafatlara layiq görülüb. Sonra mədəniyyət muzeyinin nəzdindəki studiyanın şagirdləri klassik mahnılarımızdan nümunələr ifa edib, habelə “Sarı gəlin” və “Turacı” rəqs nömrələri nümayiş etdirib.

Frankfurtdakı Alman-gürcü Musiqi Assosiasiyasının direktoru Nino Kambeqaşvili APA-ya açıqlamasında M.F. Axundzadə adına Mədəniyyət Muzeyində musiqi təhsili alan şagirdlərə qayğı göstərəcəklərini və onlara təqaüd verəcəklərini bildirib: “Mən çox şadam ki, milli musiqi alətlərində azərbaycanlı uşaqların klassik musiqiləri səsləndirdiklərinin şahidi olacağıq. Mən bu tədbirə əliboş gəlməmişəm. Konteynerə bir neçə musiqi alətləri də yükləmişəm. Hələlik bir neçə musiqi aləti, o cümlədən skripkalar, fleyta və elektriklə işləyən pianino və not kitabları gətirmişəm. Bu hədiyyələri mədəniyyət muzeyinə hədiyyə edirəm. Biz musiqi təhsili tədris edən müəllimlərə də maaş verəcəyik və çalışacağıq ki, onlar azərbaycanlı şagirdlərə mükəmməl dərs keçsin. Eyni zamanda şagirdlərə təqaüd verəcəyik və onlardan bəzilərini müsabiqə yolu ilə Frankfurt şəhərinə musiqi təhsili almağa göndərəcəyik. Düşünürəm ki, mədəniyyət muzeyi ilə əməkdaşlığımız daha da genişlənəcək”.

Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi nazirinin birinci müavini Marina Mizandari isə bu tədbirin vacibliyini önə çəkib və əlaqələrimizi daha da möhkəmləndirdiyini bildirib. “M.F. Axundzadə adına Mədəniyyət Muzeyi bizim fəxrimizdir. Çox şadam ki, Almaniyada fəaliyyət göstərən Alman-gürcü Musiqi Assosiasiyasının direktoru, həmyerlimiz Nino Kambeqaşvili bu gün muzeyə müxtəlif musiqi alətləri bağışlayıb. Bu təşkilat uşaqlarda musiqini inkişaf etdirmək üçün xeyriyyə layihələri həyata keçirir. Fikirləşirəm ki, belə tədbirlər bir-birimizlə əməkdaşlıq və əlaqələrimizin möhkəmləndirilməsi üçün çox vacibdir. Təşkilat layihə çərçivəsində eyni zamanda Tiflisdə yaşayan Azərbaycan əsilli uşaqları musiqi təhsili almaq üçün Almaniyaya göndərəcək”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR