INCA prezidenti: “Dünyada baş verən proseslər bizi yeni çağırışlara üz-üzə qoyur”

INCA prezidenti: “Dünyada baş verən proseslər bizi yeni çağırışlara üz-üzə qoyur”
# 21 may 2014 08:49 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Bu gün Bakıda baş tutan Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin I Qlobal Konfransı bizim üçün çox önəmlidir”.


APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCA) prezidenti, professor Devid Uiddouson deyib.


D.Uiddouson bildirib ki, söhbət gömrüyün təkmilləşdirilməsində və ticarətin asanlaşdırılmasından gedirsə, o zaman siyasətin düzgün qurulmasından, məlumatın hansı dərəcədə düzgün toplanmasından və qərar verənlərə düzgün ötürülməsindən də danışmaq lazımdır: “İqtisadçı olduğum üçün bu işin iqtisadi tərəflərinə əhəmiyyət verməyin tərəfdarıyam. Bizi daim yoxsulluğun azaldılması məsələsi maraqlandırır. Avropa İttifaqında bu məsələ daim gündəmdə olduğu üçün yeni üfüqlər yaranmağa başlayıb. Bu qurumda yoxsulluğun azaldılması üçün monetar birlik fəaliyyətə başlayıb. Dünyada baş verən proseslər bizi yeni çağırışlara üz-üzə qoyur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR