Bakı-İstanbul aviareysini yerinə yetirən təyyarə texniki nasazlıqla əlaqədar yenidən aeroporta qayıdıb

Bakı-İstanbul aviareysini yerinə yetirən təyyarə texniki nasazlıqla əlaqədar yenidən aeroporta qayıdıb
# 29 iyul 2013 07:41 (UTC +04:00)

AZAL-ın xidmət rəisi Məhərrəm Səfərlinin «APA-Economics»ə verdiyi məlumata görə, təyyarədə üzə çıxan texniki nasazlıq artıq aradan qaldırılıb və bu reys üzrə uçuş saat 11:00-da yerinə yetiriləcək.

Xatırladaq ki, sözügedən aviareys üzrə uçuş AZAL-ın yeni aldığı «Embraer-190» təyyarəsi ilə yerinə yetirilir.

Qeyd edək ki, bu ilin iyul ayında AZAL Braziliya istehsalı olan iki «Embraer-190» təyyarəsi alıb. İlin sonunadək aviaşirkət daha iki «Embraer-190» və iki «Embraer-170» təyyarəsi alacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR