Bakıda 51 yaşlı kişi özünü öldürüb

Bakıda 51 yaşlı kişi özünü öldürüb
# 13 iyun 2014 07:30 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda intihar hadisəsi baş verib. Xəzər Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Mərdəkan qəsəbəsində yerləşən bağ evlərindən birində qeydə alınıb. Orada yaşayan, 1963-cü il təvəllüdlü Etibar Nadir oğlu Köfsarov yaşadığı bağ evində özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR