Göyçayda 79 yaşlı qadın evində yanaraq ölüb - VİDEO

Göyçayda 79 yaşlı qadın evində yanaraq ölüb - <span style="color: red;">VİDEO
# 28 yanvar 2014 13:15 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Göyçay Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 15:00 radələrində Göyçay şəhərinin Mehman Muradov küçəsindəki 56 saylı mənzildə qeydə alınıb. Ev sahibi, 1935-ci il təvəllüdlü Vəliyeva Şükufə Məhəmməd qızına məxsus ümumi sahəsi 180 kvadratmetr olan mənzildə baş verən yanğının söndürülməsi üçün əraziyə 3 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Hadisə zamanı evin döşəməsi və oradakı divan yanıb. Yanğın söndürülən zaman qaz sobasının yanında ev sahibi Şükufə Vəliyevanın meyiti tapılıb. Məlum olub ki, isinmək üçün sobanın yanında oturan 79 yaşlı qadın naməlum səbəbdən sobanın üstünə yıxılıb və yanaraq dünyasını dəyişib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Tənha yaşayan qadının hansı səbəbdən sobanın üstünə yıxılması və orada yanaraq ölməsi faktı araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR