Azərbaycan Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın növbəti iclasında iştirak edəcək

Azərbaycan Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın növbəti iclasında iştirak edəcək
# 20 iyun 2014 14:30 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin iyunun 23-26-da Rusiyanın Soçi şəhərində Azərbaycanın Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın (DŞ) növbəti 45-ci iclası keçiriləcək.

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə ölkəmizi komitə sədri Ramiz Həsənovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək.

İclasda Şuraya üzv dövlətlərin texniki tənzimləmə, standartlaşdırma, metrologiya, sertifikatlaşdırma və akkreditasiya sahələrində həyata keçirdikləri işlər, elmi-texniki komissiyanın işçi qrupunun iş planı barədə Şuranın qərarları, elmi-texniki komissiyanın və Şuranın işçi qruplarının müntəzəm görüşlərinin yekunları, 2020-ci ilədək Şuranın inkişaf strategiyasının həyata keçirilməsi üçün fəaliyyət planının icra edilməsi, MDB-nin Elektrotexniki Şurası ilə əməkdaşlıq sazişinin layihəsi, akkreditasiya üzrə regional orqanların yaradılması üzrə Şuranın işçi qrupunun tərkibi, iş proqramı və digər məsələlərin müzakirəsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR