Saatlıda sahibkarlara 500 min manatdan çox güzəştli kredit verilib - VİDEO

Saatlıda sahibkarlara 500 min manatdan çox güzəştli kredit verilib - <span style="color: red;">VİDEO
# 07 noyabr 2013 12:03 (UTC +04:00)

Saatlı. Əlibəy Zeynallı - APA. Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Saatlı rayonunun Kamallı kəndində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirib.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, 80-ə yaxın sahibkarın iştirakı ilə keçirilmiş tədbirdə çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılıb, Saatlı rayonunda prioritet hesab olunan müasir çörək zavodunun, kiçik cins heyvandarlıq təsərrüfatlarının və plastik qapı-pəncərə istehsalı müəssisəsinin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və digər metodiki materiallar sahibkarlara təqdim olunub.

Saatlı Rayon İcra Hakimiyyəti başçısı Siraqəddin Cabbarov, İqtisadiyyat və Sənaye Nazirliyi Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev “Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində bölgələrdə, o cümlədən Saatlıda görülən işlər və rayonun iqtisadi potensialının reallaşdırılması məqsədilə həyata keçiriləcək tədbirlər, ölkədə sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi barədə məlumat veriblər.

SKMF-in icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, bu ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına respublika üzrə sahibkarlıq subyektlərinin 3859 investisiya layihəsinin maliyyələşdirilməsinə 262,7 mln. manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 10900-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. İndiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 6860 investisiya layihəsinin maliyyələşdirilməsinə 313,9 mln. manat güzəştli kredit verilib. Verilmiş güzəştli kreditlər 27000-dən çox yaxın yeni iş yerlərinin yaradılmasına imkan verir. Şirzad Abdullayev SKMF-in "İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi" və yeni internet səhifəsi barədə məlumat verib. Bildirilib ki, yeni tətbiq olunan sistemin köməyi ilə artıq sahibkarlar güzəştli kreditləri elektron qaydada əldə edə biləcəklər. Belə ki, sahibkarların güzəştli kredit almaq üçün müraciətindən başlamış, kredit vəsaitinin onun bank hesabına ödənilməsinədək bütün proses elektron qaydada həyata keçiriləcək.

Sonda Saatlı və ətraf rayonlarda fəaliyyət göstərən 62 sahibkara 532,9 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşması 100-ə yaxın yeni iş yerinin açılmasına imkan verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR