Moskva meri: “Paytaxtın bütün ticarət bazalarında kompleks yoxlamalar aparılacaq”

Moskva meri: “Paytaxtın bütün ticarət bazalarında kompleks yoxlamalar aparılacaq”
# 14 oktyabr 2013 10:32 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Moskva meri Sergey Sobyanin bildirib.

Moskvanın Qərbi Biryulevo rayonunda baş verən hadisə ilə bağlı Rusiya prezidenti Vladimir Putinə məruzə etdiyini söyləyən mer deyib ki, aparılan yoxlamaların yekununda meyvə-tərəvəz bazasının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunacaq: “Bundan başqa, Moskvanın digər ticarət bazalarında da kompleks yoxlamalar aparılacaq”.

S. Sobyanin Moskva hökumətinin Qərbi Biryuleyo rayonunda vəziyyəti tənzimləməkdən ötrü qərargah yaratdığını açıqlayıb.

Qeyd edək ki, Qərbi Biryuleyo rayonunda yerləşən meyvə-tərəvəz bazasında çoxlu sayda azərbaycanlı çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR