Bakı sakininə qarşı quldurluq edən şəxslər tutulub

Bakı sakininə qarşı quldurluq edən şəxslər tutulub
# 11 fevral 2014 09:29 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakı sakininə qarşı quldurluq edilib. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, fevralın 9-da, Bakı şəhər sakini Əbülfəz Rəhimov Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, həmin gün saat 16:30 radələrində, Türkan qəsəbəsində iki nəfər naməlum şəxs onu zorla Bakı şəhər sakini Tehran Təhməzova məxsus, «VAZ-2106» markalı avtomobilə əyləşdirərək dəniz kənarına aparıb, yolda əlindən mobil telefonu və təsbehini alaraq bıçaqla hədələyib, onun bir daha qəsəbəyə gəlməməsini tələb ediblər. Daha sonra onu avtomobilin yük yerinə salaraq ünvanını bilmədiyi emalatxanaya aparıb saat 17.00-dan 18.00-dək saxladıqdan sonra buraxıblar. Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Türkan qəsəbə sakinləri Vilayət Əliyev və Tehran Təhməzov tutulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR