Bəşər Əsəd kimyəvi silahın təhvil verilməsi ilə bağlı razılaşmanın qüvvəyə minmə tarixini açıqlayıb

Bəşər Əsəd kimyəvi silahın təhvil verilməsi ilə bağlı razılaşmanın qüvvəyə minmə tarixini açıqlayıb
# 12 sentyabr 2013 18:45 (UTC +04:00)

Bakı-APA. Dəməşq kimyəvi silahın qadağan olunması haqqında konvensiyanı imzaladıqdan bir ay sonra Suriyanın kimyəvi silah ehtiyatlarının beynəlxalq nəzarətə verilməsi ilə bağlı razılaşma qüvvəyə minəcək. APA-nın məlumatına görə, bunu Suriya prezidenti Bəşər Əsəd “Rossiya 24” telekanalına müsahibəsində bəyan edib.

“Mənim fikrimcə, razılaşma imzalanmadan bir ay sonra qüvvəyə minəcək və Suriya beynəlxalq təşkilatlara kimyəvi silah ehtiyatları barədə məlumatları ötürməyə başlayacaq. Bu nəzərdə tutulmuş standart proseslərdir və biz onlara əməl etmək niyyətindəyik”, deyə Əsəd vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR