Azərbaycan prezidenti myanmalı həmkarına təbrik məktubu göndərib

Azərbaycan prezidenti myanmalı həmkarına təbrik məktubu göndərib
# 03 yanvar 2014 11:00 (UTC +04:00)

Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev Myanma İttifaqı Respublikasının prezidenti Theyn Seynə təbrik məktubu göndərib.

APA-nın məlumatına görə, təbrikdə deyilir: “Myanma İttifaqı Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, Azərbaycan ilə Myanma arasındakı münasibətlər dostluq və əməkdaşlıq zəminində daha da inkişaf edəcək və genişlənəcək.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və rifah arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR