QAT ATƏT PA-nın sessiyasında ermənilərin iştirakına etiraz olaraq aksiya keçirməyə cəhd edib

QAT ATƏT PA-nın sessiyasında ermənilərin iştirakına etiraz olaraq aksiya keçirməyə cəhd edib
# 28 iyun 2014 12:03 (UTC +04:00)

Bakı – APA. Qarabağ Azadlıq Təşkilatının (QAT) bir qrup üzvü ATƏT Parlament Assambleyasının Bakıda keçirilən sessiyasında erməni nümayəndələrin iştirakına etiraz olaraq aksiya keçirib.

APA-nın məlumatına görə, tədbirin keçirildiyi hotelinin qarşısına toplaşan QAT üzvləri hotelə girməyə, sonra isə yaxınlıqdan keçən avtomobil yolunu bağlamağa cəhd göstəriblər. Lakin polis imkan verməyib.

Aksiya iştirakçıları “Erməni faşistləri rədd olsunlar!”, “Ya Qarabağ, ya ölüm!” və digər sözləri yazılmış plakatlar və Azərbaycan bayraqlarını qaldırıb, müxtəlif şüarlar səsləndiriblər.

Sonda aksiya iştirakçıları bəyanat qəbul ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR