SAM-ın direktoru Mərakeşə səfər edəcək

SAM-ın direktoru Mərakeşə səfər edəcək
# 22 yanvar 2014 07:07 (UTC +04:00)

Bakı – APA. Yanvarın 24-25-də SAM-ın direktoru Fərhad Məmmədov və məsləhətçi eksperti Kamal Qasımov Mərakeş Strateji Araşdırmalar Mərkəzi və Afrika Strateji Araşdırmalar Federasiyasının təşkil etdiyi V beynəlxalq təhlükəsizlik forumda çıxış etmək üçün Mərakeş Krallığının Mərakeş şəhərinə səfər edəcək. SAM-dan APA-ya verilən məlumata görə, “Şimali Afrika, Sahara və Sahel bölgələrində təhlükəsizlikdə problemlər və təhlükəsizlik baxımından həssas ərazilərin genişlənməsi” adlı V forumda Afrikada təhlükəsizlik problemləri, ərazi münaqişələri və Yaxın Şərqdə baş verən proseslərin Şimali Afrika ölkələrinin təhlükəsizliyinə təsiri mövzularının müzakirəsi planlaşdırılır.

Forumda Fərhad Məmmədov "Dağlıq Qarabağ münaqişəsi regional sabitliyə və təhlükəsizliyə təhdid kimi" mövzusunda çıxış edəcək.

Forumdan sonra, yanvarın 25-də Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Mərakeş Strateji Araşdırmalar Mərkəzi arasında əməkdaşlıq sazişinin imzalanması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR