Yeniyetmə məhkumlar şəhər gəzintisində olublar

Yeniyetmə məhkumlar şəhər gəzintisində olublar
# 19 mart 2014 07:09 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Tərbiyə müəssisəsində saxlanılan məhkum yeniyetmələrdən 3 nəfəri şəhər gəzintisində olub. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, yeniyetmələr - Ramazanov Amin Ramazan oğlu, Məmmədov Tərlan Faiq oğlu və Nəcəfov Nihad Füzuli oğlu gəzintidən əvvəl Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.


Milli Parkda gəzintidən və bədii filmə tamaşadan sonra Tərbiyə müəssisəsinə qayıdan məhkumlar onlara yaradılmış bu imkana görə Ədliyyə Nazirliyinin rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR