Daha bir şirkət İcbari Sığorta Bürosuna üzv ola bilər

Daha bir şirkət İcbari Sığorta Bürosuna üzv ola bilər
# 09 iyun 2014 10:33 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Bakı Sığorta” şirkəti avtomobillərin icbari sığortasını həyata keçirəcək.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, “Bakı Sığorta” artıq avqust ayından etibarən İcbari Sığorta Bürosuna (İSB) üzv olmağı planlaşdırır.

“Bakı Sığorta”da hesab edirlər ki, şirkət kasko sığortası ilə bağlı bazarda aparıcı mövqe malik olduğundan və vaxtaşırı müxtəlif təşəbbüslərlə çıxış etdiyindən şirkət büronun üzvü olmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR