“Böyük Vətən müharibəsində qələbənin əldə olunmasında Azərbaycanın töhfəsi” adlı beynəlxalq konfrans keçirilib - FOTOSESSİYA

“Böyük Vətən müharibəsində qələbənin əldə olunmasında Azərbaycanın töhfəsi” adlı beynəlxalq konfrans keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 06 may 2014 11:56 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin əldə olunmasında Azərbaycanın töhfəsi" adlı beynəlxalq konfrans keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxış edib.

O bildirib ki, bugünkü tədbir beynəlxalq statusludur: "Konfrans Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunub. Konfransda Qazaxıstan, Moldova, Tacikistan, Belarus və Qırğızıstan respublikalarından olan 20-dən artıq nümayəndə heyəti iştirak edir. Ümidvaram ki, bugünkü konfrans öz işini uğurla başa vuracaq".

Veteranlar Şurasının sədri Dadaş Rzayev deyib ki, Böyük Vətən müharibəsində qələbə qazanılmasında Azərbaycan neftinin böyük rolu olub: "Hitler faşizmi üzərində qələbədə Azərbaycan xalqının rolu danılmazdır. Azərbaycanlılar həmin müharibədə təkcə ön cəbhədə deyil, arxa cəbhədə də şücaət göstəriblər".

Daha sonra tədbirdə iştirak edən qeyri-hökumət təşkilatlarının, gənclər təşkilatlarının, tələbə gənclər təşkilatlarının rəhbərləri və fəal gənclər də çıxış edib.

Qeyd edək ki, tədbir MDB İcraiyyə Komitəsi tərəfindən təqdim edilən “1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 70-ci ildönümünə hazırlıq görülməsi və onun qeyd edilməsinə dair Əsas Tədbirlər Planı”nın müvafiq bəndinin icrasının təmin olunması ilə əlaqədar keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR