Azərbaycan DİN Lənkəranda iş adamının qətlə yetirilməsi ilə bağlı məlumat yayıb

Azərbaycan DİN Lənkəranda iş adamının qətlə yetirilməsi ilə bağlı məlumat yayıb
# 19 noyabr 2013 11:14 (UTC +04:00)

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, noyabrın 18-də Lənkəran rayonu Göyşaban kəndində kənd sakini Etibar Nəzərovun odlu silahdan (tapançadan) açılan atəşlə qətlə yetirilmiş meyiti “Mitsubishi” markalı avtomobilində tapılıb.

Faktla əlaqədar cinayət işi başlanıb, Lənkəran Şəhər Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Qeyd edək ki, hadisə ötən gün axşam saatlarında Lənkəran rayonu Göyşaban kəndi ərazisində, Ələt-Astara yolunun yaxınlığında baş verib.

Göyşaban kənd sakini Nəzərov Etibar Vəkil oğlu 90 RV 863 dövlət nömrə nişanlı, “Mitsubishi” markalı avtomobilində tapançadan başına atəş açılmaqla güllələnib. Onun şəxsi münasibətlər üzündən yaranmış mübahisə zəminində öldürüldüyü ehtimal olunur. Hadisənin kim və kimlər tərəfindən törədildiyi hələlik bilinmir.

Qətlə yetirilən şəxsin iş adamı olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR