İSESCO-nun baş direktoru Azərbaycan prezidentini təbrik edib

İSESCO-nun baş direktoru Azərbaycan prezidentini təbrik edib
# 21 oktyabr 2013 16:28 (UTC +04:00)

Bakı – APA. İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı – İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri Azərbaycan prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. APA-nın məlumatına görə, İ. Əliyevi yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edən baş direktor ona xalqa daha yaxşı xidmət etmək, ölkəni tərəqqiyə və çiçəklənməyə aparmaq səylərində uğurlar arzulayıb.

“Seçkilərdə inamlı qələbəniz və yenidən Sizə göstərilən böyük etimad bir lider kimi sanballı uğurlarınızın parlaq təsdiqidir”, - deyə Əbdüləziz bin Osman əl-Tüveycri vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR