AMEA prezidenti orta məktəblərdə Elm Guşələrinin yaradılması təklifi ilə çıxış edib - FOTO

AMEA prezidenti orta məktəblərdə Elm Guşələrinin yaradılması təklifi ilə çıxış edib - <span style="color: red;">FOTO
# 14 dekabr 2013 08:34 (UTC +04:00)

Bakı. Könül Kamilqızı, Ramiz Mikayıloğlu - APA. “Təhsillə elmin vəhdəti zəruridir. Azərbaycan elminin inkişafı bu vəhdətdən asılıdır”.

APA-nın verdiyi məlumata görə, bunu bu gün Müəllimlərin XIV qurultayında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə deyib.

A. Əlizadənin sözlərinə görə, AMEA-da neçə illərdir, təhsillə elmin vəhdətinin yaradılmasına çalışılır. AMEA-da magistratura yaradılması istiqamətində təşəbbüs də bununla bağlı olub: “Belə fikrə gəldik ki, AMEA-ya tələbələri dəvət edib, institutların laboratoriyalarında onları işlə təmin edək. Tələbə alimin yanında işləyərək həm inkişaf etsin, həm də elmin ən ümdə problemlərinin həllinə qatılsın. Bu, səmərə verdi. İkincisi, elmlə təhsilin vəhdəti üçün AMEA institutlarında baza kafedralarının yaradılmasını qərara aldıq. Ali məktəblərin rektorları bu təşəbbüsü dəstəklədi və biz baza kafedralarını yaratdıq”.

A. Əlizadə qeyd edib ki, AMEA-da olduğu kimi, universitetlərdə də elmlə təhsilin vəhdətinin yaradılması istiqamətində addımlar atılmalı, müvafiq kafedralar yaradılmalıdır. O, orta məktəblərdə Elm Guşələrinin yaradılması təşəbbüsü ilə də çıxış edib: “Qoy, şagirdlər Elm Guşəsində toplaşaraq, elmlə bağlı müzakirələr apara bilsinlər”.

A. Əlizadə onu da bildirib ki, AMEA-nın inkişafı ilə bağlı 2020-ci ilə qədər dövrü əhatə edən konsepsiya hazırlanmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR