Ağ Ev: «Məhəmməd Mursi azad edilməlidir»

Ağ Ev: «Məhəmməd Mursi azad edilməlidir»
# 23 iyul 2013 02:16 (UTC +04:00)

Bakı-APA. ABŞ hökuməti hesab edir ki, Misirin hakimiyyətdən kənarlaşdırılaraq ev dustağı edilmiş prezidenti Məhəmməd Mursi azad edilməlidir. Bu barədə Ağ Evin mətbuat katibi Cey Karni bəyan edib.

«Biz siyasi motivlərlə bütün həbslər saxlanılmalara son qoyulmasına çağırırıq. Hesab edirik ki, bütün tərəflər Misirin siyasi gələcəyini formalaşdırmaqda iştirak etməyə imkan verən azadlığa malik olmalıdırlar. Mən bunları deyəndə, sözlərim təbii ki, prezident Mursiyə də aid edilir», deyə Karni bildirib.

Onun sözlərinə görə, ABŞ rəhbərliyi Mursinin düşdüyü vəziyyətin «qanunun aliliyi, prosessual normalara hörmət və onu şəxsi təhlükəsizliyinin təmin olunması» ilə həll olunmasını istəyir.

«Biz Misirin müvəqqəti hökumətinə bunu aydın şəkildə izah etmişik. Bu söhbətlər aramızda hər gün edilir», deyə Karni əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR