Bakıda mənzildə halsız vəziyyətdə qalmış 86 yaşlı qadın xilas olunub

Bakıda mənzildə halsız vəziyyətdə qalmış 86 yaşlı qadın xilas olunub
# 28 iyun 2014 19:53 (UTC +04:00)

Bakı-APA. Bakının Yasamal rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1928-ci il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər dördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin pəncərəsindən enərək daxil olublar. Mənzilə baxış keçirilərkən halsız vəziyyətdə aşkarlanmış vətəndaş xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR