Naxçıvanda “Ağa Məhəmməd şah Qacar” tamaşası təqdim ediləcək

Naxçıvanda “Ağa Məhəmməd şah Qacar” tamaşası təqdim ediləcək
# 17 dekabr 2013 09:13 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Naxçıvan Dövlət Musiqili Dram Teatrı yazıçı-dramaturq Əli Əmirlinin “Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd şah Qacar” tarixi dramı əsasında “Ağa Məhəmməd şah Qacar” tamaşasını təqdim edəcək. Tamaşanın quruluşçu rejissoru xalq artisti Kamran Quliyev, quruluşçu rəssamı xalq rəssamı Hüseynqulu Əliyev, musiqi tərtibatçısı əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədovdur.

Tamaşada Naxçıvanın əməkdar artisti Səməd Canbaxşıyev, xalq artistləri Yasəmən Ramazanova, Rza Xudiyev, əməkdar artist Bəhruz Haqverdiyev və başqaları çıxış edəcəklər.

Qeyd edək ki, əsər bu il Akademik Milli Dram Teatrında xalq artisti Azər Paşa Nemətin quruluşunda “Şah Qacar” adı ilə tamaşaya qoyulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR