Bakıda bankın qarşısında törədilmiş qətlin üstü açılıb, qətli törədən şəxs tutulub - VİDEO

Bakıda bankın qarşısında törədilmiş qətlin üstü açılıb, qətli törədən şəxs tutulub - <span style="color: red;">VİDEO
# 13 mart 2014 07:14 (UTC +04:00)

Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, ötən gün axşam saatlarında İ. Qurtqaşınlı küçəsi 85 ünvanında, “Turanbank”ın qarşısında bıçaqlanaraq qətlə yetirilən şəxsin 22 yaşlı Elçin İlqar oğlu Dəmirov olması müəyyənləşib.

Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən 1996-cı il təvəllüdlü Fərrux Zeynalov tutulub.

Faktla bağlı Yasamal rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

12 Mart 2014 17:22

***

Bakı. Hafiz Heydərov - APA. Bakıda qətl törədilib.

Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 16.00 radələrində İ. Qurtqaşınlı küçəsi-85 ünvanında, “Turanbank”ın qarşısında qeydə alınıb. 22 yaşlı oğlan (adı və soyadı hələ dəqiqləşdirilir) küçənin ortasında naməlum şəxs tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.

Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində axtarış tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR