Həştərxan vilayətinin qubernatoru: “Rusiya-Azərbaycan münasibətlərində heç bir problem görmürəm”

Həştərxan vilayətinin qubernatoru: “Rusiya-Azərbaycan münasibətlərində heç bir problem görmürəm”
# 12 may 2014 11:45 (UTC +04:00)

Həştərxan. Mübariz Aslanov - APA. “Rusiyanın Azərbaycanla münasibətlərində heç bir problem görmürəm”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Rusiyanın Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin bildirib.

O qeyd edib ki, xüsusilə iqtisadi əlaqələr çox yüksək səviyyədədir: “Bu gün Həştərxan olaraq bizim Azərbaycanda istehsal olan tikinti məhsullarına, tikinti daşlarına ciddi ehtiyacımız var. Güman edirəm ki, bu əlaqələrdə açılması gözlənilən Bakı-Həştərxan bərə xəttinin rolu böyük olacaq”.

A.Jilkin onu da qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevin xüsusilə Həştərxana diqqəti böyükdür: “Eyni zamanda Heydər Əliyev Fondunun da burada gördüyü xeyli işlər var. Bütün bunlara görə dərin minnətdarlığımızı bildiririk”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR