İranda avtobus qəzası baş verib, 30 nəfər yaralanıb

İranda avtobus qəzası baş verib, 30 nəfər yaralanıb
# 19 iyun 2014 09:02 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda avtobus qəzası baş verib.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, hadisə iyunun 19-da səhər saat 05:20-də Bicar-Zəncan yolunun 12-ci kilometrliyində olub.

Tehrandan Banəyə hərəkət edən və içərisində 44 sərnişinin olduğu “Scania” markalı avtobus qəzaya uğrayıb. Nəticədə 30 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar yaxınlıqdakı xəstəxanalara qaldırılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR