Gürcüstan prezidentinin andiçmə mərasimində Azərbaycanı baş nazir Artur Rəsizadə təmsil edəcək

Gürcüstan prezidentinin andiçmə mərasimində Azərbaycanı baş nazir Artur Rəsizadə təmsil edəcək
# 15 noyabr 2013 10:50 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu G. Marqvelaşvili ilə görüşündən sonra yerli mediaya açıqlamasında Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn deyib. O bildirib ki, A. Rəsizadə bazar günü Gürcüstana səfər edəcək və G. Marqvelaşviliyə Azərbaycan prezidentinin təbrikini çatdıracaq.

Səfir Azərbaycan-Gürcüstan əlaqələrinin daha da dərinləşəcəyindən əminliyini vurğulayıb: “Bizim münasibətlərimizin yaxşı dinamizmi var və əlaqələr daha da genişlənəcək. Prezidentlə bunu müzakirə etdik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR