ABŞ Konqresi Türkiyəyə pilotsuz təyyarənin satışı barədə müqaviləni ləğv edib

ABŞ Konqresi Türkiyəyə pilotsuz təyyarənin satışı barədə müqaviləni ləğv edib
# 22 oktyabr 2013 12:38 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. ABŞ Konqresi Türkiyəyə 10 ədəd “Predator” pilotsuz təyyarənin satılması barədə müqaviləni ləğv edib.

APA-nın verdiyi məlumata görə, bu barədə Türkiyənin “Tərəf” qəzeti məlumat yayıb.

Müqaviləyə əsasən, “Predator” pilotsuz təyyarələri hələ 2012-ci ilin ortalarında Türkiyəyə çatdırılmalı olsa da, ABŞ indiyə qədər müxtəlif bəhanələrlə müqavilənin həyata keçirilməsinə mane olub. İsrail mətbuatı isə Konqresin müqaviləni ləğv etməsini Türkiyə və İran xüsusi xidmət orqanları arasında əməkdaşlığın genişlənməsi ilə əlaqələndirməyə çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR