Rusiya XİN: “Moskva Ukraynadakı soydaşlarını qorumaq hüququnu özündə saxlayır”

Rusiya XİN: “Moskva Ukraynadakı soydaşlarını qorumaq hüququnu özündə saxlayır”
# 14 mart 2014 12:16 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Dəfələrlə bildirmişik ki, Kiyevdə hakimiyyətə gəlmiş qüvvələr silahlı şəxsləri tərksilah etməli, habelə əhalinin təhlükəsizliyini təmin etməlidir. Lakin Ukraynadakı hadisələr bunun baş vermədiyini göstərir. Odur ki, Ukrayna hakimiyyəti ölkədəki vəziyyətə nəzarət edə bilmir. Rusiya soydaşlarının həyatına görə məsuliyyət daşıdığını dərk edir və onları qorumaq hüququnu özündə saxlayır”, - deyə bəyanatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR