Volqoqradda baş verən partlayış Azərbaycandan Rusiyaya hərəkət edən qatarların qrafikinə təsir etməyib

Volqoqradda baş verən partlayış Azərbaycandan Rusiyaya hərəkət edən qatarların qrafikinə təsir etməyib
# 29 dekabr 2013 12:11 (UTC +04:00)

Bunu «APA-Economics»ə açıqlamasında «Azərbaycan Dəmir Yolları» QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə görə, hazırda hər iki istiqamətdə qatarların hərəkət qrafikində heç bir dəyişiklik yoxdur: «Bakıdan Rusiyaya Bakı-Moskva qatarı gedir və bu qatar Volqoqrad şəhərindən keçir. Sabah həmin qatar Bakıya gəlməlidir. Hadisənin bu qatara təsir edib-etmədiyi də sabah məlum olacaq».

Xatırladaq ki, Bakı-Moskva qatarı həftənin I, III və V günləri saat 20:55-də yola düşür.

Qeyd edək ki, Volqoqrad dəmir yolu vağzalında baş vermiş partlayış nəticəsində ilkin olaraq 18 nəfərin həlak olduğu, 40-dan çox insanın yaralandığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR