Neft yenidən ucuzlaşıb

Neft yenidən ucuzlaşıb
# 14 yanvar 2014 06:46 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Yanvarın 13-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 0,92 dollar və ya 1,0% azalaraq 1 barelə görə 91,80 dollar təşkil edib.


«APA-Economics»in məlumatına görə, yanvarın 13-də ICE London qitələrarası birjasında fevralda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,50 dollar və ya 0,5% azalaraq 106,75 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR