Gürcüstan Ukraynaya nota verib

Gürcüstan Ukraynaya nota verib
# 26 dekabr 2013 08:10 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. Gürcüstan Ukraynaya etiraz notası verib. APA-nın “Kavkazskiy uzel” saytına istinadən xəbərinə görə, buna səbəb Ukrayna tərəfindən Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili də daxil olmaqla bu ölkənin 29 vətəndaşının “arzuolunmaz şəxs” siyahısına daxil edilməsi olub.

Gürcüstanın Ukraynadakı səfiri Mixuil Ukleba bildirib ki, diplomatik nümayəndəlik bu məsələ ilə bağlı izahat alınması üçün Ukrayna Xarici İşlər Nazirliyinə müraciət edib.

Qeyd edək ki, dekabrın 24-də Ali Radada Regionlar Partiyasının nümayəndəsi Oleq Tsaryov Ukrayna Təhlükəsizlik Şurasının onun 36 xarici vətəndaşın ölkəyə daxil olmasına qadağa qoyulması barədə müraciətini qəbul etdiyini bildirib. Onun fikrincə, bu xarici vətəndaşlar “ölkədə qeyri-stabillilik yaratmaq məqsədilə müxalifətlə məsləhətləşmələr aparılmasında” iştirak edirlər.

Dekabrın 20-də O.Tsaryovun siyahısına daxil edilən “Rustavi-2” televiziya kanalının müxbiri David Kakuliyanın, dekabrın 21-də isə biznesmen Georgi Kikvadzenin Ukraynaya daxil olmalarına icazə verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR