İki nəfəri qətlə yetirməkdə təqsirləndirilən ata və oğulun apellyasiya şikayəti təmin edilməyib

İki nəfəri qətlə yetirməkdə təqsirləndirilən ata və oğulun apellyasiya şikayəti təmin edilməyib
# 23 oktyabr 2013 10:05 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən Hüseyn Seyidəliyev və oğlu Yasin Seyidəliyevin apellyasiya şikayətləri əsasında məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayətləri təmin edilməyib.

Qeyd edək ki, ötən il iyunun 17-də, saat 12:30 radələrində Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən parkda H. Seyidəliyev və oğlu Yasin kürəkəni Mamed Nuriyev və onun qardaşı Vəkillə mübahisə ediblər. Ailə münaqişəsi zəminində qohumlar arasında yaranan mübahisə sonradan davaya keçib. Nəticədə H. Seyidəliyev və Yasin Mamed və Vəkil qardaşlarına çoxsaylı bıçaq zərbələri vurublar. Bıçaq zərbələri alan qardaşlar elə hadisə yerində dünyalarını dəyişiblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yasin Seyidəliyev ömürlük, Hüseyn Seyidəliyev isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR