Rusiya və Gürcüstan danışıqlar prosesindən məmnun olduqlarını bildiriblər

Rusiya və Gürcüstan danışıqlar prosesindən məmnun olduqlarını bildiriblər
# 22 noyabr 2013 04:44 (UTC +04:00)

APA-nın Georgiya Online saytına istinadən verdiyi xəbərə görə, iki ölkə arasında maniakal düşmənçilik dövrü artıq keçmişdə qalıb. “Biz artıq konstruktiv dialoq mərhələsinə keçərək bir il ərzində iqtisadi və sosial xarakterli bir çox məsələləri həll etmişik. Məsələn, nəqliyyat əlaqəsi bərpa olunub, Gürcüstan məhsulları Rusiya bazarına qayıdıb və biz əməkdaşlığımızı gələcəkdə də genişləndirmək niyyətindəyik”, deyə o görüşdən sonra qeyd edib.

Karasin danışıqlar prosesindən məmnun olduğunu bildirib.

Rusiyalı diplomat Gürcüstanda keçirilmiş prezident seçkilərinin Moskvada diqqətlə izlənildiyini qeyd edərək seçkilərin nəticələrindən məmnun olduğunu bildirib.

Abaşidze, öz növbəsində, Gürcüstan rəhbərliyinin Rusiya ilə müsbət nəticələrə yönəlmiş yeni münasibətlərə kökləndiyini qeyd edib. “Mən Rusiya tərəfini inandırdım ki, Gürcüstan prezidenti və baş naziri iqtisadiyyatda əməkdaşlığın bərpası, sosial problemlərin həlli və humanitar layihələr vasitəsi ilə Moskva ilə münasibətlərin normallaşmasını arzulayırlar”, deyə Abaşidze bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR