Azərbaycanın iqtisadiyyat və sənaye naziri Belarusun sənaye naziri ilə görüşüb

Azərbaycanın iqtisadiyyat və sənaye naziri Belarusun sənaye naziri ilə görüşüb
# 21 noyabr 2013 14:16 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Belarus prezidenti Aleksandr Lukaşenkonun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Bakıda səfərdə olan Belarusun sənaye naziri Dmitri Kateriniçlə görüşüb.

İqtisadiyyat və Sənaye Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, görüşdə Ş.Mustafayev ölkələr arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini qeyd edib, əlaqələrin genişləndirilməsində qarşılıqlı rəsmi səfərlərin, keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb.

Azərbaycan və Belarus arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdıran Belarus sənaye naziri D.Kateriniç Azərbaycanın dinamik iqtisadi inkişafından məmnunluğunu bildirib, ölkəsinin Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini, qarşılıqlı əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini vurğulayıb.

Görüşdə Azərbaycan və Belarus arasındakı iqtisadi əlaqələrin mövcud vəziyyəti, əməkdaşlığın inkişaf perspektivləri, Gəncə Avtomobil Zavodu ilə Minsk Traktor Zavodu və Minsk Avtomobil Zavodu arasında əlaqələrin uğurla davam etdiyi və bu əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə Sumqayıt Texnologiyalar Parkı ilə Belarusun adıçəkilən zavodları arasında kooperasiya əlaqələrinin qurulması və inkişaf etdirilməsi müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR