İran son 9 ayda neftin satışından 34 milyard dollar gəlir əldə edib

İran son 9 ayda neftin satışından 34 milyard dollar gəlir əldə edib
# 10 yanvar 2014 12:03 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “İran son 9 ay ərzində (martın 21-dən dekabrın 21-dək) neftin satışından 34 milyard dollar gəlir əldə edib”. APA-nın ŞANA-ya istinadən verdiyi məlumata görə, bunu İranın neft naziri Bijən Namdar Zəngənə bildirib.

Onun sözlərinə görə, 2013-cü ildə maye qazların satışında əvvəlki illə müqayisədə artım qeydə alınıb.

B.N.Zəngənə deyib ki, İranın neft-kimya məhsullarının illik dəyəri 20 milyard dollardır: “İran neft-kimya sahəsində 7 il içərisində yatıracağı 75 milyard dollarlıq sərmayə ilə bu rəqəmi 20 milyarddan 70 milyard dollara çıxarmağı qarşısına məqsəd qoyub”.

Nazir vurğulayıb ki, İran 2014-cü ildə gündəlik orta hesabla 1,4 milyon barel neft və maye qaz satışını həyata keçirmək niyyətindədir: “Bunda neft-kimya məhsullarının çəkisi 100 barel olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR