İsmayıllı sakini özünü güllələyib - VİDEO

İsmayıllı sakini özünü güllələyib - <span style="color: red;">VİDEO
# 16 yanvar 2014 16:56 (UTC +04:00)

APA - nın məlumatına görə, hadisə bu gün rayonun Topçu kəndində baş verib.

Kənd sakini, 1985-ci il təvəllüdlü Hüseynov İlkin Malik oğlu ov etmək üçün dostu ilə birgə meşəyə gedib. Meşədə ehtiyatsızlıq ucbatından baş vermiş hadisə nəticəsində o, qarın boşluğundan odlu silah yarası alıb.

İsmayıllı rayon Mərkəzi Xəstəxanasına gətirilərək cərrahiyyə şöbəsinə yerləşdirilən İlkin Hüseynovun sözlərinə görə, o, meşədə ov edərkən ayaqları ağac kötüyünə ilişib. Yerə yıxılan zaman İ.Hüseynov üzərindəki tüfəngdən qəflətən açılan atəş nəticəsində xəsarət alıb.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR