Bakıda yeni iri avtomobil dayanacağı tikilir

Bakıda yeni iri avtomobil dayanacağı tikilir
# 01 noyabr 2013 14:23 (UTC +04:00)

Avtomobillərin saxlanılması üçün nəzərdə tutulan məkan Qara Qarayev prospektində, 8-ci km bazarının qarşısındakı parkda tikilir. Burada, həm yeraltı, həm də yerüstü ərazidə təxminən 400 avtomobilin parklanması mümkün olacaq. Bu barədə «APA-Economics»ə Azərbaycan Memarlar İttifaqının katibi, «Atilla» şirkətinin baş memarı İlqar Bəylərov məlumat verib.

Onun sözlərinə görə, hazırda ərazidə tikinti davam etdirilir: «Artıq yeraltı hissə hazırdır, yerüstü hissə tikilir. Düşünürəm ki, bu avtomobil dayanacağı həmin ərazinin nəqliyyat məsələlərini həll etməyə yardım edəcək».

Qeyd edək ki, tikinti işlərinin gələn ilin əvvəlinə yekunlaşması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR