“Dərslik portalı” üçün nəzərdə tutulmuş materialların müzakirəsi aparılıb

“Dərslik portalı” üçün nəzərdə tutulmuş materialların müzakirəsi aparılıb
# 19 noyabr 2013 07:41 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) “Dərslik portalı” üçün nəzərdə tutulmuş materialların müzakirəsi aparılıb. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün 2013-cü ildə nəşr olunmuş “Biologiya” dərslik komplektinin birinci yarımillik materiallarına dair hazırlanmış rəyin müzakirəsi olub. Müzakirədə dərslik komplektinin müəllifləri Yaşar Seyidli, 160 nömrəli klassik gimnaziyanın müəllimi Nailə Əliyeva, Bakı Avropa Liseyinin müəllimi Xumar Əhmədbəyli və “Bakı” nəşriyyatının direktoru Zaur İsayev iştirak ediblər.

Dərslik komplekti məzmunun işlənməsi, dil və yazı üslubu, dizayn və bədii tərtibat, tapşırıqların elmi metodiki uyğunluğu və müəllim üçün metodik vəsaitin məzmununun işlənməsi baxımından müzakirə edilib. Dərslik komplektində verilmiş yarımillik materiallara dair rəyin yekun variantı Təhsil Nazirliyinə göndəriləcək və “Dərslik portalı”nda yerləşdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR